“Caliber”: “WarGonzo”nun növbəti yalanı ifşa edildi - FOTO

00:20 15-10-2021 434

Azərbaycan Silahlı Qüvvələri tərəfindən qanunsuz erməni silahlı dəstələrininin Xocavənd rayonu istiqamətindəki postunun atəşə tutulması barədə məlumatlar həqiqətə uyğun deyil.

“Caliber” layihəsinin “Telegram” səhifəsi şayiələrin “WarGonzo” tərəfindən qəsdən yayılan feyk xəbər olduğunu bildirib.

Reallıqda isə Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında yerləşən sözügedən postda öncə partlayış, ardından isə atışma səsləri eşidilib. Daha sonra əraziyə 6-7 ədəd sanitar avtomobil yaxınlaşıb.

Bir sözlə, atışma ermənilərin öz aralarında baş verib və Azərbaycan hərbçiləri burada yalnız müşahidəçi olub.