Şirvanda avtomobil sərxoş piyadanı vurub

00:40 15-10-2021 337

Şirvan şəhərində avtomobil sərxoş piyadanı vurub.

APA xəbər verir ki, hadisə Şirvan şəhəri, T.İsmayılov küçəsində qeydə alənıb.

“Opel” markalı 99-MZ-076 dövlət nömrə nişanlı avtomobil sərxoş vəziyyətdə olan Şirvan sakini, 1981-ci il təvəllüdlü Məmmədov Tahir Aslan oğlunu vurub. Sonuncu ağır kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.