Ərdoğan Atatürkün anım mərasimində iştirak etdi - VİDEO

13:20 10-11-2021 366

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk vəfatının 83-cü ildönümündə Ankarada Anıtqəbirdə keçirilən dövlət mərasimində anılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə tədbirdə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, prezident köməkçisi Fuad Oktay, Prezident kabinetinin üzvləri, CHP sədri Kamal Kılıçdaroğlu, MHP sədri Dövlət Bağçalı, İYİ Partiya sədri Meral Akşener və digər dövlət məmurları iştirak edib.

Ərdoğan Atatürkün məqbərəsinə qırmızı və ağ qərənfillərdən ibarət ay-ulduzlu çələng qoyub. Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra İstiqlal Marşı oxunub.