Sumqayıtda oğlan şadlıq sarayında faciəli şəkildə öldü - YENİLƏNİB + FOTO/VİDEO

15:20 10-11-2021 440

Noyabrın 9-u saat 20:00 radələrində Sumqayıt şəhər sakini 2003-cü il təvəllüdlü Adəm Əzimzadənin Sumqayıt şəhərində yerləşən şadlıq sarayında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur.

Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Adəm Əzimzadə dostu ilə görüşmək məqsədilə getdiyi “LOV Palace” şadlıq sarayının 2-ci mərtəbəsində olan zaman yükqaldırıcı vasitənin aşağıda olmasını bilməyərək ehtiyatsızlıqdan şaxtadan yerə yıxılıb və aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

10:12

Sumqayıtda şadlıq sarayında 18 yaşlı oğlan ölüb.

APA-nın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində fəaliyyət göstərən şadlıq saraylarının birində qeydə alınıb.

Belə ki, şadlıq sarayının yuxarı mərtəbəsinin mətbəx yerləşən hissəsinə yükqaldırıcı vasitə quraşdırılıb.

Həmin vasitə ilə yuxarıya ərzaq qaldırılan zaman orada çalışan 2003-cü il təvəllüdlü Adəm Əzimzadə hündürlükdən yıxılıb. Ağır bədən xəsarətləri alan 18 yaşlı oğlan təcili tibbi yardımın köməyi ilə xəstəxanaya aparılan zaman yolda keçinib. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.