Bakıda güclü külək binanın metal konstruksiyasını qopardı – VİDEO

17:20 10-11-2021 389

Bakıda əsən güclü külək plazalardan birinin metal konstruksiyasını qoparıb.

Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.

HerGun.Az videonu təqdim edir. 

Bildirək ki, Fövqəladə Hallar Nazirliyi güclü küləklə bağlı xəbərdarlıq edib.

Təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Həmçinin, güclü külək zamanı baş verən yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.