Sumqayıtda 65 yaşlı kimsəsiz qadın qətlə yetirildi – VİDEO

20:40 10-11-2021 37

Sumqayıtda yaşlı qadın evində qətlə yetirilib. Hadisə şəhərin 13-cü mikrorayon, bina 6, ev 60 ünvanında qeydə alınıb.

Təxminən 65 yaşında olan və tənha yaşayan Züleyxa adlı qadının yaşadığı mənzildə meyiti aşkarlanıb. 

Araşdırma zamanı qadının bıçaq xəsarətləri aldığı məlum olub. Meyit aidiyyəti üzrə təhvil verilib. 

Hadisənin kim tərəfindən törədildiyi hələ ki məlum deyil.

Daha ətraflı Baku TV-nin süjetində: