Rusiyada koronavirusdan sutkalıq ölüm sayında yenidən rekord qeydə alındı

04:20 11-11-2021 360

Rusiyada koronavirusa sutkalıq yoluxma sayında 27 oktyabrdan bu yana minimum göstərici qeydə alınıb.

Belə ki, son 24 saatda qonşu ölkədə koronavirusa 38 058 yeni yoluxma aşkarlanıb.

Son sutkada sağalanların sayı 34 565 olub. Ölənlərin sayı isə son 24 saatda 1239 nəfər artıb. Bu isə pandemiya ərzində ən yüksək göstərici olub. 

Mənbə: TASS