Hollivud ulduzunun yeno fotosessiyası pərəstişkarlarını məyus etdi - FOTO

05:20 11-11-2021 34

“Instyle” moda jurnalının yeni üz qabığının qəhrəmanına çevrilən Hollivud aktrisası Riz Uizerspunun fotosu sosial şəbəkələrdə tənqid edilib.

45 yaşlı amerikalı ulduz dərin dekolteli krujevalı topdan və kəmərli qısa şortdan ibarət qara paltarda çəkilib. Onun obrazını qızıl boyunbağı, bilərzik və bir neçə üzük tamamlayıb.

Pərəstişkarları Uizerspunun şəklində həddindən artıq çox fotoşopdan istifadə etdiyi üçün narazılıqlarını bildiriblər.

“Rizi niyə fotoşopla bu hala salmısınız? O, onsuz da gözəldir”, “Mən şokdayam, o, 20 yaşında kimi görünür, necə də dəhşətdir”, “Görəsən Riz bu şəkli bəyənibmi? Özünə bənzəmir”, “Nə qədər lazımsız retuş” kimi şərhlərlə pərəstişkarları şəkilləri tənqid ediblər.