Pirotexnik vasitəni körpənin olduğu uşaq arabasına atdı

06:00 11-11-2021 30

Böyük Britaniyada uşaq arabasında olan körpə pirotexnik vasitə ilə hücuma məruz qalıb.

Nəticədə körpənin üzü və bədənin bəzi hissələri yanıb. O, dərhal xəstəxanaya çatdırılıb.

Qeyd olunur ki, hadisə təsadüfən baş verməyib.

Belə ki, hadisəni törədən doqquz yaşlı azyaşlı əlində tutduğu pirotexnik vasitəni uşaq arabasının içinə atıb.

Artıq polis hadisəni törədən şəxsi saxlayıb.

Ona qarşı hələlik hansı cinayət maddəsi üzrə iş açılacağı məlum deyil.  

Mənbə: “Dailymail”