Qapalı avtomobildə köməksiz qalan körpə ölümə tərk edildi – ANBAAN VİDEO

07:20 11-11-2021 39

Rusiyanın Komi Respublikasının Peçora şəhərində bədbəxt hadisə baş verib.

Belə ki, ata azyaşlı uşağı avtomobildə yatızdırandan sonra maşını qapadaraq yaxınlıqdakı restoranların birinə yollanıb.

Bir neçə dəqiqədən sonra avtomobilin salonu tüstülənməyə başlayıb.

Ətrafdakı insanlar dərhal insidentə reaksiya verərək çətinliklə də olsa balacanı avtomobildən çıxara biliblər.

Tüstü uşağın tənəffüs yollarında ciddi zərər vurub.

Reanimasiyaya yerləşdirilən azyaşlının vəziyyəti kritik olaraq qiymətləndirilir.

Mənbə: Life Shot “Telegram” kanalı