Fransada Makrona etiraz edənlər psixiatriya xəstəxanasına yatırılır

07:40 11-11-2021 371

Fransanın Normandiya bölgəsindəki Dieppe qəsəbəsində koronavirusla bağlı canlı yayımda sakinlərdən biri “Makrona istefa” deyə qışqırıb.

“France 2 “ kanalının aparıcısı narahatlıqla çəkilişə davam edib.

Fransa mətbuatında yer alan xəbərə görə, “Makrona istefa” deyən şəxs əvvəlcə polis tərəfindən saxlanılıb, daha sonra prokurorluğun göstərişi ilə psixiatriya xəstəxanasına aparılıb.

Adı açıqlanmayan etirazçının 2015-ci ildə Makron maliyyə naziri olarkən Dieppedəki şirkətinin iflasına görə Makrona qəzəbləndiyi bildirilib.

Milli Birlik Partiyasının lideri, ifrat sağçı Marin Le Pen “Twitter” hesabında hadisəyə reksiya verib: “İnanılmaz. Bu rejim qorxutmağa davam edir”.

İfrat solçu LFI partiyasının lideri Jan-Luk Melenşon da “məcburi psixiatriya” qərarının qəbuledilməz olduğunu və siyasi rəqibi Le Penin siyasətlərinin də buna təsir etdiyini bildirib.

Hələ namizədliyini açıqlamasa da, 2022-ci ildə keçiriləcək prezident seçkilərinə hazırlaşan Makron ona qarşı tənqidlərə dözmədiyi və dövlət qurumları vasitəsilə müxalifətin səslərini boğmağa çalışdığı üçün tənqidlərə məruz qalıb.

Sentyabr ayında ölkənin cənubundakı Lion şəhərinə səfəri zamanı Makrona yumurta atan etirazçı da prokurorluğunun göstərişi ilə məcburi psixiatriya xidmətinə yerləşdirilib.

Tuluza şəhərində bağçasındakı pankarta “Makronavirus” yazan şəxs polis tərəfindən saxlanılıb.

Mənbə: Anadolu agentliyi