Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar

10:40 11-11-2021 367

Noyabrın 10-da polis əməkdaşları tərəfindən respublika ərazisində dörd nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polis əməkdaşları COVID-19 virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq, yaşadığı evi tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.