Güney Azərbaycanda Zəfər günü münasibəti ilə qurban kəsilib - FOTO

12:40 11-11-2021 349

Qərbi Azərbaycan vilayətinin Sulduz (Nəqəde) şəhərində vətəndaş Zəfər günü və Şuşanın erməni işğalçılarından azad edilməsinin birinci ildönümü münasibətilə qoyun kəsib.

Bununla bağlı vətənpərvər Güney azərbaycanlı deyib:

“Noyabrın 8-i Şuşa (Zəfər) bayramıdır. Şuşa bayramımız mübarək. Bu qoyunu Şuşa sevgisinə qurbanlıq kəsirəm və yoxsul insanlar arasında paylanacaq”.

Qeyd edək ki, 2020-ci ilin noyabr ayında da Şərqi Azərbaycan vilayətinin Sarab şəhərində bir qrup azərbaycanlı əllərində “Traktor” futbol komandasının bayrağını qaldıraraq və “Qarabağ elə bil anamdır mənim” şeirini oxuyaraq, Qarabağın Ermənistanın işğalından azad edilməsi münasibəti ilə qoyun qurban kəsmişdilər. Bir neçə saat sonra İranın təhlükəsizlik qüvvələri mərasimdə iştirak etmiş Firuz Əqili, Babək Delxuni və bir neçə digər azərbaycanlını saxlamışdı.

Həmin vaxt, İranın təhlükəsizlik orqanlarının əməkdaşları habelə Qarabağın azad olunmasını qeyd edən Tikantəpə (Təkab) şəhər sakinlərinə basqın edib və üçü yeniyetmə olmaqla altı azərbaycanlı fəalı həbs ediblər.