“Kekalove Adaptive” tərəfindən əlilliyi olan modellərlə birgə “fashion” şou keçiriləcək

13:40 11-11-2021 374

“Kekalove Adaptive” startapının təşkilatçılığı, “Hyatt Regency” hotelinin ev sahibliyi və Fransa Səfirliyinin dəstəyi ilə artıq ikinci dəfə əlilliyi olan şəxslər tərəfindən adaptiv geyimlərin təqdimatı keçiriləcək.

HerGun.Az-ın məlumatına görə, tədbirin məqsədi əlilliyi olan şəxslərin ehtiyaclarını nəzərə alan xüsusi geyim dizaynlarını - adaptiv geyimləri nümayiş etdirməkdir.

Şou “Kekalove Adaptive” və KekaMaps.com tərəfindən birgə keçirilən İnklüziya Festivalının bir hissəsi kimi təşkil olunur.

“Fashion” şou dekabrın 3-ü saat 19:00-da “Hyatt Regency” hotelində baş tutacaq. Tədbirdə Fransanın Azərbaycandakı səfiri Zaxari Qros və digər diplomatik missiyaların xarici nümayəndələri iştirak edəcək.

Tədbiri işıqlandırmaq üçün jurnalistlər aşağıdakı tədbirlərə dəvət edilir:

Fransa Səfirliyi ilə birgə mətbuat konfransı - 2 dekabr 12:00 (ünvan: Caspian Business Center 2-ci mərtəbə)

Əlilliyi olan şəxslərlə moda nümayişi - 3 dekabr 19:00 (ünvan: Hyatt Regency Conference Center, Quba Ballroom)

İştirak etmək niyyəti olan jurnalistlərdən bu anketi dolduraraq qeydiyyatdan keçmək xahiş edilir.

“Kekalove Adaptive” 2019-cu ildən fəaliyyət göstərir. Sosial biznesin məqsədi əlilliyi olan şəxslər üçün rahat və dəbli geyimlər hazırlamaqdır. “Kekalove Adaptive” “Creative Spark Big İdea” biznes müsabiqəsinin və “Start.up! Germany Tour” müsabiqəsinin qalibi və 2020-ci il “Yunus&Youth” sosial biznes akseleratorunun məzunudur. Bu “fashion” şou startapın bu qəbildən sayca ikinci tədbiridir.

Əlaqə nömrəsi: +994 55 984 62 10