Türkiyədə keçirilən “Qarabağ zəfəri kuboku”nun qalibləri bilindi - FOTO

14:00 11-11-2021 381

Türkiyənin Alanya şəhərində keçirilmiş beynəlxalq futvoley turnirinə yekun vurulub.

HerGun.Az-a verilən məlumata görə, “Qarabağ zəfəri kuboku” adı altında keçirilən yarış Vətən müharibəsində qazanılan qələbəyə həsr olunub.

Noyabrın 5-dən başlayan yarışda Azərbaycanla yanaşı, Braziliya, Almaniya, Ukrayna, Avstriya, Türkiyə, Rusiya, İsrail, Fransa və Niderland futvoleyçiləri də mükafatlar uğrunda mübarizə aparıb. Bütün komandalar meydana arxa hissəsində “Karabakh is Azerbaijan!” cümləsi yazılmış formalarla yarışıb.

Turnirin qalibi İsrail millisi olub. Gümüş mükafatları ispaniyalılar, bürünc medalları isə ukraynalılar qazanıb.

Qeyd edək ki, turnir “Azərbaycan Xalqlar Dostluğu” Dərnəyinin və Azərbaycan FutNet Federasiyasının təşəbbüsü, Ümumdünya Futvoley Federasiyasının razılığı və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilib.