“Liverpul”un əfsanəsi İngiltərə Premyer Liqasında

16:00 11-11-2021 30

“Liverpul”un və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Stiven Cerrard “Aston Villa” klubunun baş məşqçisi təyin edilib.

Bu barədə məlumat klubun rəsmi “Twitter” səhifəsində dərc edilib.

“Aston Villa” İngiltərə Premyer Liqasının 2021-2022-ci il mövsümündə 11 matçda 10 xal toplayıb və turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.

Xatırladaq ki, 41 yaşlı S.Cerrard bundan əvvəl Şotlandiyanın “Reyncers” klubunun çalışdırıb.

O, bu kluba 2020-2021 mövsümündə Şotlandiya çempionluğu qazandırıb.