Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib

20:20 11-11-2021 405

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə iştirak etmək üçün Türkiyə Respublikasına səfərə gəlib.

Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Atatürk Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.