Stallone çəkiliş meydanında onu ölüm təhlükəsi ilə üz-üzə qoyan zərbədən danışdı - FOTO

07:00 12-11-2021 421

Amerikalı aktyor Silvestr Stallone “Rokki IV” filminin çəkilişləri zamanı aldığı güclü zərbə barədə danışıb.

Artistin sözlərinə görə, çəkiliş zamanı İvan Droqo rolunu oynayan Dolf Lundqrenin zərbəsini alıb. Çəkilişdən sonra heç bir narahatlıq hiss etməyib. Ancaq gecə təzyiqi 260-ə yüksəlib və o, artıq “mələklərlə görüşə” hazırlaşıb. Aktyor bundan sonra dörd gün reanimasiyada yatıb.

“Lundqren məni toza çevirdi”, - deyə aktyor etiraf edib.

Qeyd edək ki, İvan Droqo Rokki Balboa barədə filmlər seriyasından baş qəhrəmanın əsas rəqibi rolunu oynayan personajdır. “Rokki”nin ilk hissəsi Silvestor Stollonenin ssenarisi əsasında yazılıb və 1976-cı ildə ictimaiyyətə təqdim olunub. Film “Oskar”ın üç mükafatına və “Qızıl qlobus”a layiq görülüb.

Bundan sonra Stallonenin Balboa rolu ilə daha beş filmi çıxdı. 2015-ci ildə franşiza davam edib. 2018-ci ildə “Krid-2” ekranlarda nümayiş olundu.

Mənbə: “New York Post”