Qaynar şorbanı kassirin üzünə tökdü - VİDEO

08:00 12-11-2021 399

ABŞ-da kafedə narazı müştəri qaynar şorbanı kassirin üzünə töküb.

Belə ki, müştəri qadın şorba sifariş edib. Lakin isti şorbanın servis edildiyi qabın qapağının əriməsi onun xoşuna gəlməyib.

O, şikayətini bildirmək üçün kassaya yaxınlaşıb. Kassir qız onun ödədiyi pulu geri qaytarmağı təklif etsə də, bu təklif müştərinin hirsini soyutmayıb. O, qaynar və istiotlu şorbanı kassirin üzünə töküb.

Hazırda zərərçəkənin vəziyyətinin yaxşı olduğu bildirilir. O etiraf edib ki, gözləri və burun dəlikləri uzun müddət göynəyib, lakin artıq bunlar keçmişdə qalıb.