Çaydan maşınla keçmək istəyən balıqçıların həyatlarının son anları - VİDEO

08:40 12-11-2021 398

Kamçatkada balıqçıların yollarını qısaltmaq üçün avtomobillə Plotnikov çayını keçmək qərarı onların həyatı bahasına başa gəlib. Onların həyatının son dəqiqələri maşına quraşdırılmış videoregistratorla qeydə alınıb.

Kadrlardan görünür ki, avtomobildə olanlar hansı yolu gedəcəkləri ilə bağlı mübahisə edirlər. Sürücü yolu qısaltmaq istəyir və çayın dayaz yerindən keçməyi təklif edir, yoldaşlarından biri onunla razılaşmayaraq geri qayıdıb daha uzun marşrutla getməyi təklif edir. Ancaq sürücü öz bildiyini edir.

Videoda avtomobilin çayı keçərkən suyun altında batma anları da əks olunub. Sərnişin sürücüyə kabinənin su ilə dolduğunu, amma maşının qapısının açılmadığını dediyi eşidilir.

Məlumata görə, bədbəxt hadisə nəticəsində balıqçılardan ikisi həlak olub, biri (arxa oturacaqdakı sərnişin) xilas ola bilib.

Qeyd edək ki, çayın üstü ilə körpü hadisə yerinin cəmi 3 km-də olub.