Samuxda kişi qətlə yetirildi

10:40 12-11-2021 424

Samuxda qətl hadisəsi baş verib.

HerGun.Az-ın məlumatına görə, hadisə rayonun Sərkar kəndində qeydə alınıb.

Belə ki, 1967-ci il təvəllüdlü Hüseynov Aytəkin Əziz oğlu bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, yaralı xəstəxanada dünyasını dəyişib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.

İlhamə Əbülfət