Gəncə sakini qəzaya düşmə görüntülərini lentə aldı - ANBAAN VİDEO

18:00 12-11-2021 34

Gəncə şəhərində qəza anının videosu qeydə alınıb. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Videonu qəzaya düşən avtomobildəki sərnişin mobil telefonla lentə alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov HerGun.Az-a açılamasında bildirib ki, hadisə Gəncə şəhəri, Şahsevənlər küçəsində baş verib:

“Şəhər sakini Azər Abdıyevin idarə etdiyi VAZ-2101 markalı avtomobil yol kənarında dayanmış Orxan Sabirliyə məxsus VAZ-2107 markalı maşına çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb”.

O qeyd edib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsində araşdırmalar davam etdirilir.

İlhamə Əbülfət