Uzun illər Azərbaycanda çalışmış mütəxəssis Türkiyədə milli komandalar üzrə menecer oldu - FOTO

21:00 12-11-2021 381

Onat Kurt Türkiyə Voleybol Federasiyası (TVF) tərəfindən ölkənin kişilərdən ibarət milli komandalarının meneceri vəzifəsinə təyin olunub.

Qurumun rəhbəri Məhmət Akif Üstündağ açıqlamasında mütəxəssisin 23 illik təcrübəsini vurğulayıb və onun menecerliyi dönəmində komandaların uğurlara imza atacaqlarına inamını ifadə edib.

Kurt onu bu vəzifəyə layiq bildiyi üçün TVF rəhbərinə təşəkkür edib və illər sonra ölkəsinə xidmət edəcəyi üçün xoşbəxt olduğunu bəyan edib. Mütəxəssis, həmçinin Türkiyənin kişi voleybolundakı uğurlarının davam etməsi üçün əllərindən gələni edəcəklərinə inandığını bildirib.

Qeyd edək ki, Onat Kurt doqquz il ərzində Azərbaycan Voleybol Federasiyası, ölkəmizin qadınlardan ibarət voleybol yığması və “Azərreyl” klubunda müxtəlif vəzifələr tutub.

Mənbə: tvf.org.tr