Müharibə həkimi : “Yaralı əsgərimiz erməni meyitlərini üstünə yığmışdı ki, əsir düşməsin” – VİDEO

22:20 12-11-2021 355

“Əsgərlərimizdən biri dizindən yaralanıb, qanaması olub, özü öz ayağını sarıyıb. Döyüş yoldaşları şəhid olduğu üçün geri də gedə bilməyib. Meşənin içində tək qalıb. Gecə erməni əsgərlərinin gəldiyini eşidəndə isə ermənilərin meyitlərini üstünə yığıb ki, görməsinlər onu, əsir düşməsin. Beləcə, həmin əsgər iki gün orda qalıb”.

Bu sözləri Vətən Müharibəsi həkimi Rəşad İsgəndərli Baku TV-nin efirində yayımlanan Arzu Kəlbinin reportajında deyib.

O bildirib ki, müharibə başlayandan sonra könüllü kimi cəbhənin müxtəlif bölgələrinə yola düşüb.

Daha ətraflı süjetdə: