Moskvada yüzlərlə saxta peyvənd sertifikatı alanların şəxsi məlumatları internetə sızdırıldı

00:20 13-11-2021 341

Sosial şəbəkələrin Rusiya seqmentində Moskva vilayətində saxta COVID-19 peyvənd sertifikatı almış ola bilən bəzi rusiyalıların məlumatları təqdim edilib.

Bazalarda 500 000-dən çox şəxsin məlumatları var. 1000 səhifəlik baza 120 dollardan satılır. Bura pasport məlumatları, telefon nömrələri, yaşayış yeri, eyni zamanda sertifikatın alındığı tarix daxildir.

Mütəxəssislər bildirir ki, potensial alıcılar haqqında məlumatlar saxta peyvənd sertifikatı və ya PCR testi hazırlamağı təklif edən xidmətlərdən toplanıb.

Belə resursların birini Sevestopol sakini yaradıb. Burada sertifikat 1 500 rubla satılır, artıq 9 000 saxta test həyata keçirilib.

Saxta sertifikatlar satan saytlar demək olar ki, hər gün peyda olur və fırıldaqçılar öz müştərilərinin məlumatlarını sataraq pul qazanmağa çalışırlar.

Bu məlumatların alıcıları şantaj üçün də istifadə edilməsi istisna olunmur.

Mənbə: Kommersant