Rusiyada qaçırılan nigeriyalı futbol azarkeşi geolokasiyanın köməyi ilə tapıldı - VİDEO

06:00 13-11-2021 373

Moskvada qaçırılan nigeriyalı futbol azarkeşi geolokasiyanın köməyi ilə tapılıb. 

35 yaşlı Nosaqi İmarxyabenin qohumları onu girov götürənlərin videozəngi zamanı ekran görüntüsünü götürə biliblər, polislər isə geolokasiyanın köməyi ilə onun harada saxlanıldığını öyrəniblər.

Hüquq mühafizə orqanlarının hadisə yerinə əməliyyatı zamanı nigeriyalının elə öz həmvətənləri tərəfindən qaçırıldığını öyrəniblər. Mənzildə əli-qolu bağlı Nosaqi və onu qaçıran iki nfər olub.

Ondların hər üçü polis idarəsinə aparılıb.

Qeyd edək ki, 35 yaşlı gəncin itdiyi barədə onun dostu xəbər vermişdi. O, ayın əvvəlində dostunun itdiyini, bir neçə gün öncə isə naməlum şəxslərin onun ailəsi ilə əlaqə saxlayaraq girov üçün pul tələb etdiyini bildirib. Gəncin qohumları beş min dollar köçürsələr də, o, buraxılmayıb.

Mənbə: Shot “Telegram” kanalı