Yelisey sarayında hərbçi qadın zorlanıb

06:40 13-11-2021 353

Parisdəki Yelisey sarayında zorlanma hadisəsi baş verib.

Yayılan xəbərlərə görə, müvafiq şikayətlə sarayda xidmət edən hərbçi qadın şəhərin 8-ci rayonundakı polis bölməsinə müraciət edib.

İnsidentin iyul ayında baş verdiyi bildirilib.

Qadının sözlərinə görə, hadisə saraydakı otaqlardan birində yaşanıb. Cinayətkar isə onun hərbçi həmkarı olub.

Yelisey sarayının mətbuat xidmətindən verilən açıqlamaya görə, cinsi zorakılığın qurbanı olmuş qadına hərtərəfli yardım və dəstək göstərilib.

Həmçinin, xanımın saraydan kənar xidmətə keçirilməsi təmin olunub.

Mənbə: “Haber Global”