İranda koronavirusdan ölənlərin sayı 474 min nəfəri keçib - FOTO

11:20 13-11-2021 360

Tehranda xəstəxanaya yerləşdirilən və ambulator (ayaqüstü) xəstələrin sayının artması ilə bağlı həyəcan təbili çalınıb.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, xəstəliyi yüngül keçirənlərin sayı artıq 10-11 min nəfərə çatıb.

Qərbi Azərbaycan Tibb Universitetindən verilən məlumata görə, intensiv terapiya (ICU) şöbəsində 228 koronavirus xəstəsinin olması göstərir ki, sözügedən vilayətdə koronavirus azalmayıb və davam etməkdədir.

Məsələ ilə bağlı Ərdəbil Tibb Universitetindən isə deyilib ki, vilayətin bəzi şəhərlərində koronavirusun maksimum yayılması müşahidə edilir.

Şiraz Tibb Universiteti ötən bir neçə gündə koronaviruslu xəstə sayının artması səbəbindən həyəcan təbili çalıb. Kermanşah Tibb Universiteti son 24 saat ərzində 114 nəfərin xəstəxanaya yerləşdirildiyini, 129 nəfərin isə intensiv terapiya şöbəsində müalicə aldığını qeyd edib.