Nərimanov metrostansiyası yaxınlığında yanan mağazaların aqibəti necə olacaq? - VİDEO

19:00 13-11-2021 361

Ötən ay Nəriman Nərimanov metrostansiyasının yaxınlığında yanan mağazalar sökülür.

Artıq həmin ərazi hasarlanıb və söküntü işləri üçün xüsusi texnikalar cəlb olunub.

Yanğının baş verdiyi yerdə iş aparan şirkətin rəsmisi bildirib ki, həmin ərazidə yenidən ticarət obyektləri tikiləcək və sahibkarlara icarəyə veriləcək. O, həmçinin vurğulayıb ki, baş vermiş qəza ilə əlaqədar icarədarlara təzminat ödənilir.

Daha ətraflı Baku TV-nin süjetində: