Donnarumma şikayət etdi: “Ehtiyatda oturmaq məni narahat edir”

08:00 14-11-2021 409

PSJ-nin və İtaliya yığmasının qapıçısı Canluici Donnarumma Paris klubunda hazırkı statusuna alışmaqda çətinlik çəkdiyini etiraf edib.

Mövsümün əvvəlində “Milan”dan PSJ-yə keçən italiyalı qolkiper Keylor Navasla komandada bir nömrə olmaq uğrunda rəqabət aparır.

“Navasla rəqabət oyunuma təsir etmir. Amma bu, məni narahat edir. Buna alışmaq asan deyil, çünki mən start heyətdə olmağa öyrəşmişəm. Bəzən ehtiyat oyunçular skamyasında qalmağımla barışmaq çətin olur. Amma əminəm ki, vəziyyət düzələcək”, – deyə 21 yaşlı qolkiper vurğulayıb.

Mənbə: TNTSportsBR