Gürcüstanda son sutkada koronavirusdan 81 nəfər ölüb

12:00 14-11-2021 29

Gürcüstanda ötən sutkada koronavirusa 3 700 yeni yoluxma faktı qeydə alınıb, 5 277 nəfər müalicə olunaraq sağalıb, 81 pasiyent vəfat edib.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 784 091 nəfər yoluxub. Onların 716 382-si sağalıb, 10 975-i isə ölüb.