Qəddafinin oğlu Liviya prezidenti olmaq istəyir

16:00 14-11-2021 373

Liviyanın mərhum lideri Müəmmar Qaddafinin oğlu Seyf əl-İslam ölkədə keçiriləcək prezident seçkilərində namizəd qismində iştirak üçün ərizə verib.

O, qeydiyyat üçün lazımi sənədləri Səbha şəhər seçki komissiyasına təqdim edib.

Qeyd edək ki, Liviyada parlament və prezident seçkiləri eyni gündə - dekabrın 24-də keçiriləcək.

Mənbə: TASS