ABŞ-da koronavirusa yoluxan üç qar bəbiri öldü

03:00 15-11-2021 379

ABŞ-ın Nebraska ştatındakı Linkoln uşaq zooparkında üç qar bəbiri ölüb.

Nadir vəhşi heyvanların koronavirus sonrası ağırlaşmalardan öldüyü bildirilib.

Bununla yanaşı, ölümcül virusa qarşı Sumatra pələngləri daha dözümlü çıxıb.

Belə ki, heyvanxanadakı Aksel və Kumar adlı iki pələngin COVID-dən tamamilə sağaldığı qeyd edilib.

Mənbə: “Haber Global”