Çində Rusiyadan gətirilən məhsullarda koronavirus aşkar olunub

05:00 15-11-2021 386

Çində Rusiyadan gətirilən məhsullarda koronavirus nümunələri tapılıb.

Ölümcül virus Rusiya ilə həmsərhəd Xeyxe şəhərinin anbarında üzə çıxarılıb.

Şəhərin xəstəliklərə nəzarət və profilaktika mərkəzindən verilən məlumata görə, COVID anbarda saxlanılan Rusiya mənşəli məhsulların bağlamalarında aşkar edilib.

Virusa “Konti” şirkətinin istehsalı olan şokoladlı vafli, peçenye, jeleli konfetlər və quru süd məhsullarında rast gəlindiyi dəqiqləşdirilib.

Mənbə: TASS