Kim Çen In uzun müddətdən bəri ilk dəfə ictimaiyyət arasında göründü - FOTO

03:00 17-11-2021 379

Şimali Koreya lideri Kim Çen In son bir ayda ilk dəfə ictimaiyyət arasında görünüb.

Belə ki, KXDR rəhbəri ölkənin şimal-qərbində, respublikada ən böyük müasir şəhərin tikintisinin aparıldığı Samjiendə olub. Bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Dövlət başçısı bundan əvvəl oktyabrın 11-də Pxenyanda keçirilən müdafiə sərgisində çıxış edib.

Mənbə: TASS