Tanınmış bloqer sosial şəbəkələrdən “öldüyünü” öyrəndi - VİDEO

05:00 17-11-2021 35

“TikTok” bloqer Amelyun Nguyen “Instagram” və “Twitter”dəki paylaşımlardan amerikalı reper Trevis Skottun konsertində “öldüyünü” öyrənib.

Sidneydən olan 17 yaşlı bloqer öz hesabından sosial şəbəkədə onun konsertdə öldüyü ilə bağlı mesajları paylaşıb.

“Yuxudan oyandım və dünyanın məni ölmüş elan etdiyini öyrəndim”, - deyə qız bildirib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə qızın adı və soyadı qeyd edilib, fotoları da dərc edilib. Çoxları Nguyenin yaxınlarına da başsağlığı verib.

“Qəbri nurla dolsun. O, Astro festivalında öldü”, “Qızınızın öldüyünü bilirəm. İtkiniz üçün çox təəssüflənirəm”, - deyə istifadəçilər onun haqqında yazıblar.

Bloqer onun haqqında feyki kimin yaydığını bilmədiyini və paylaşımların müəllifləri ilə tanış olmadığını deyib.

Qeyd edək ki, noyabrın 5-də “Astroworld” festivalının açılışı zamanı . Belə ki, konsert zamanı yaranan basabasda 9-27 yaşlarında 10 nəfər həyatını itirib, 300-dən çox insan müxtəlif dərəcəli xəsarət alıb.

@amelynguyen

woke up and the world pronounced me dead

♬ Cricket Sound - Sound Effects

 

Mənbə: BuzzFeed