Məşhur aktyor vəfat etdi

07:00 17-11-2021 410

Məşhur amerikalı aktyor Hit Friman 41 yaşında vəfat edib.

Friman iki mövsümdür “Bones” serialında canlandırdığı silsilə qatil Hovard Epps obrazı ilə tanınıb.

“Haber Global” məlumat verir ki, onun ölüm səbəbi açıqlanmayıb.

“Bones”lə yanaşı bir çox məşhur serialda rol alan Friman 2001-ci ildə ER serialı ilə diqqət çəkib. Daha sonra NCIS, “The Closer” və “Without a Trace” filmlərində rol alıb.

Son olaraq o, Maykl Polişin “Terror on the Prairie” filmində Gina Karano ilə birlikdə rol alıb.