“Meta” virtual reallıq əlcəyi hazırlayır – FOTO

02:00 18-11-2021 357

“Meta” (keşmiş “Facebook”) şirkəti “Reality Labs” ilə birgə virtual reallıq əlcəyi üzərində çalışır.

Əlcək vasitəsilə metakainatdakı cismləri əl toxunuşuyla hiss etmək mümkün olacaq.

Əlcəyin təkbarmaqlı ilk versiyası hələ 2015-ci ildə hazırlanıb. Hazırda onun beşbarmaqlı variantı üzərində iş gedir.

Xatıraladaq ki, bu yaxınlarda “Facebook” məhz metakainat qurmaq üçün adını “Meta” olaraq dəyişdirib.

Mənbə: “The Verge”