Rusiyada koronavirusdan maksimum ölüm qeydə alındı

06:00 18-11-2021 32

Rusiyada koronavirusa son sutkada 36 626 nəfərin yoluxması ilə ümümi yoluxma sayı 9 182 538 olub.

Nisbi yoluxma artımı 0,4 % təşkil edib.

Son bir gündə virus səbəbilə 1 247 ölüm hadisəsi baş verib ki, bu da növbəti antirekorddur. Bununla da ölüm sayı 259 084-ə çatıb.

Əvvəlki rekord göstərici noyabrın 13-də (1 241 nəfər) qeydə alınıb.

Şərti ölüm nisbəti (son ölüm yalnız epidemiya bitdikdən sonra müəyyən edilə bilər) 2,82 % səviyyəsində qalıb.

Gün ərzində sağalanların sayı 36 388 nəfər artıb ki, bu da pandemiya başlandan maksimum göstəricidir.

Mənbə: TASS