Dünyanın ən böyük mozaykalı təsviri “Kral Yolu”dur - FOTO

09:00 18-11-2021 389

İordaniyada qədim Kral yolu üzərində eradan əvvəl XII əsrdə inşa edilən Mədaba şəhəri tarixi yerlərilə yanaşı, dünyanın ən böyük mozaykalı təsvirinə ev sahibliyi etməsilə də tanınır.

Bügünlərdə mozaikanın “Ginnesin Rekordlar Kitabı”na salınması üçün hazırlıqlar aparılır.

Hələ 2013-cü ildə Samir ət-Tıval tərəfindən yaradılan 6 metr hündürlüyə və 30 metr uzunluğa malik təsvir 180 kvadratmetr sahəni əhatə edir. O, 2 milyona yaxın bazalt, mərmər və qranit daşlardan hazırlanıb.

“Kral yolu” adlandırılan təsvir şəhərə gələn turistlərin də böyük marağına səbəb olur. 

Mənbə: TRT