Sürücülərin NƏZƏRİNƏ: Bakıda körpüdə yol iki gün bağlı olacaq

11:00 18-11-2021 365

Bakının Yasamal rayonunda bəzi yollar bağlanacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat yayıb.

Bildirilib ki, rayonun Əbdülvahab Salamzadə küçəsinin Tbilisi prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsünün temperatur şovlarının yenilənməsi ilə əlaqədar noyabrın 20-21-də körpü üzərində “Qələbə” dairəsi istiqamətində hərəkət məhdudlaşdırılacaq.

Məlumata görə, sürücülər alternativ olaraq Ə.Salamzadə küçəsinin sağ kənar yolundan istifadə edə bilərlər.