Ərdoğan səkkiz ildən sonra ilk dəfə İsrailin Baş naziri ilə danışdı

22:00 18-11-2021 386

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrailin Baş naziri Naftali Bennet arasında telefon danışığı olub.

İki ölkə lideri arasındakı telefon söhbətinin 2013-cü ildən bəri ilk dəfə baş tuttuğu bildirilib.

Söhbət zamanı ikitərəfli münasibətlər, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mənbə: “The Jerusalem Post”