Kollecdən qovulan çinli qorxusundan 16 il ailəsindən gizlənib

02:00 19-11-2021 430

Çində 39 yaşlı şəxs 16 ildən sonra ailəsinə qovuşub.

Vanq soyadlı kişi videooyunlara aludə olduğuna görə, kollec imtahanlarından kəsildiyini etiraf edib.

O, təhsil müəssisəsindən kənarlaşdırılıb və bunu ailəsinə bildirməkədən qorxduğuna görə gizlənməyi qərara alıb.

Son 16 ildə itkin düşmüş sayılan çinlinin atası illərlə onun axtarışlarıyla şəxsən məşğul olub.

Qorxaq “tələbə” anasının qarşısında diz üstə çökərək ağlayıb və üzr istəyərək bağışlanmasını diləyib.

Mənbə: “Business Insider”