Milli matçlar bərpa olunur: Oxu.Az-dan çempionat MENYUSU

14:00 19-11-2021 605

Avropada milli futbol komandalarının oyunlarından sonra klub səviyyəsində yerli çempionat matçları bu gündən etibarən bərpa olunacaq.

HerGun.Az-ın xəbərinə görə, bu marafona qitənin Top-5 çempionatlarından sayılan Almaniya Bundesliqasında Bakı vaxtı ilə saat 23:30-da “Auqsburq” – “Bayern” matçı ilə start veriləcək.

Bəs həftənin maraqla gözlənilən qarşılaşmaları hansılardır? İşinizi yüngülləşdirmək üçün onları sizə təqdim edirik. Bunların arasında sonuncu dəfə avqustda “Mançester Siti”yə 0:5 hesabı ilə uduzmuş və ondan sonra 10 rəsmi görüşdə uduzmayan “Arsenal”ın səfərdə “Liverpul”a qarşı oyunu çox maraqla gözlənilir. “Topçular” çətin Mersisayd səfərindən qələbə ilə qayıda bilsə, uzun müddətdən sonra Premyer Liqanın ilk “dördlüy”ünə düşəcək.

20 noyabr

00:00 “Monako” – “Lill”

21:00 “Latsio” – “Yuventus”

21:30 “Liverpul” – “Arsenal”

23:45 “Fiorentina” – “Milan”

21 noyabr

20:00 “Qalatasaray” – “Fənərbaxça”

21:00 “İnter” – “Napoli”

23:45 “Lion” – “Marsel”

Səbuhi Musayev