Saakaşvili əlli günlük aclığı dayandırdı

22:00 20-11-2021 24

Gürcüstanın keçmiş prezidenti, hazırda həbsdə olan Mixail Saakaşvili 50 gündən sonra keçirdiyi aclıq aksiyasını dayandırıb.

Bu barədə onun səhhətinə nəzarət edən həkimlər konsiliumunun üzvü Nino Şaraşenidze məlumat verib.

Onun sözlərinə görə, eks-prezidentin səhhəti hazırda sabitdır. Həkimlər siyasətçi üçün xüsusi qida qəbulu sxemi hazırlayıblar və o, məhz bu rejimə uyğun qidalanır.

Qeyd edək ki, Saakaşvili Qori hospitalına keçirildiyi üçün, öncədən də vəd etdiyi kimi, aclıq aksiyasını dayandırıb.

Mənbə: “RİA Novosti”