Şamaxıda iki avtomobil toqquşdu

23:00 20-11-2021 519

Şamaxıda iki avtomobil toqquşub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Nairliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Şamaxı rayonu, Muğanlı kəndində “Toyota” və “Mercedes” markalı iki minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan "Toyota" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.