“Liverpul”dan darmadağın, “Yuve” və “Atletiko”dan qələbə - VİDEO

00:00 21-11-2021 431

İngiltərə Premyer Liqasında turun mərkəzi oyunu keçirilib.

“Liverpul” öz meydanında bunadək son 10 rəsmi matçda uduzmayan “Arsenal”ı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin tam üstünlüyülə keçib.

“Mersisaydlılar” “topçular”ın məğlubiyyətsiz oyunlar seriyasını darmadağınla qıraraq 3 xalı 4 cavabsız qolla əldə edib – 4:0

İspaniyada son çempion paytaxt “Atletiko”su “Osasuna” ilə matçda son dəqiqələrdə qələbə topunu vura bilib – 1:0

İtaliyada isə “Latsio” ev oyununda heç də ən yaxşı günlərini yaşamayan “Yuventus”a yenilib – 0:2. Maraqlı məqam hər iki qolun Bonuççi tərəfindən penaltidən vurulması olub.