İran metrosunda boğulan insanlar qatarın şüşələrini qırdılar – VİDEO

16:00 21-11-2021 451

İran metrosunda qəza baş verib.

İnsanlarla dolu sərnişin qatarı yarım saat ərzində “Teatre-şəhr” stansiyası yaxınlığında tuneldə qalıb.

Hava çatışmazlığından boğulan insanlar qatarın pəncərələrini sındırıblar.

Qeyd edək ki, son zamanlar Tehran metrosunda texniki qəzalar adi hal alıb. Bu, təkcə noyabr ayı ərzində baş vermiş artıq ikinci qəzadır.

xatırladaq ki, noyabrın 6-da metropolitenin kömpüter sistemində yaşanan problemlər ucbatından qatarların hərəkət sürəti azaldılıb.

Metropolitenin icraçı direktoru etiraf edib ki, son dörd ildə qatarlar üçün bir dənə də olsun yeni detal alınmayıb. Onun sözlərinə görə, metropolitendə xarici istehsal ehtiyat hissələrinə kəskin ehtiyac var.