Yaponiyalı “Oskar” mükafatçısı vəfat etdi

03:00 22-11-2021 421

Yaponiyalı rəssam, kinofilmlərdə kostyum dizayneri kimi çalışmış Emi Vada 84 yaşında vəfat edib.

O, 1986-ci ildə Akira Kurasavanın “Ran” filmindəki işinə görə “Oskar” mükafatına layiq görülüb. Filmdə Vadanın yaratdığı samuray geyimləri ABŞ kinoakademikləri tərəfindən yüksək qiymətləndirilib.

Mərhum həmçinin “Matropoliten” opera teatrı üçün də geyimlər hazırlayıb.

Mənbə: “Kiodo”