Fransada pandemiyanın beşinci dalğası elan edildi

05:00 22-11-2021 386

Fransada koronavirusun beşinci dalğası sürətlə başlayıb.

Bunu ölkənin Nazirlər Kabinetinin təmsilçisi Qabriel Attal bəyan edib.

O, “Europe 1” radiosunun efirində son həftə ərzində yeni yoluxma sayının 80% artdığını bildirib.

Attalın sözlərinə görə, Fransada hər gün orta hesabla 17 min yeni COVID xəstəsi aşkar olunur.

Mənbə: “RİA Novosti”